Zorakılıq dünyada geniş yayılmış qlobal problem sırasında yer alır. Bu mənada zorakılığın qarşısını almaq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, qabaqcıl təcrübənin öyrənməsinə və tətbiqinə xidmət edən tədbirlərin əhəmiyyəti danılmazdır. Eyni zamanda bütün işəgötürən şirkətlərin gəmidə zorakılıq və təcavüzlə mübarizə üçün aydın siyasətləri olmalıdır və bütün dənizçilər şirkət prosedurlarına uyğun olaraq insidentlər barədə məlumat verməkdən çəkinməməlidirlər. Gəmidə hər hansı zorakılıq halları ilə qarşılaşan dənizçi istənilən an qaynar xəttimizə müraciət edə bilər
Safer Waves cinsi qısnama və ya cinsi təcavüzə məruz qalmış dənizçiləri dəstəkləyən bir təşkilatdır. Təşkilat haqqında daha ətraflı məlumatı saferwaves.org saytında tapa bilərsiniz.
SeaCode dənizçilik sənayesindəki insanlar üçün işdə qarşılaşdıqları problemlər haqqında məlumatlılığı artırmaq üçün anonim platformadır. Bu problemlər təqib, zorakılıq, çətin iş şəraiti, ev həsrəti və sairə. Burada daha çox məlumat tapa və hekayənizi anonim şəkildə paylaşa bilərsiniz www.facebook.com/our.seacode .
Guidance On Eliminating Shipboard Harassment And Bullying
Best Practices Guide On Prevention Of Sexual Assault And Harassment