United Alliance Group şirkəti tərəfindən son illər dənizçilərin sosial rifahının yaxşılaşdırılması, dənizçilik sahəsində şəffaflığın və əlaçatanlığın təmin edilməsi, aparılan işin səmərəliliyinin daima artırılması yönündə bir çox məqsədyönlü addımlar atılıb. Xüsusi ilə də ilin çox hissəsini gəmidə keçirən dənizçilərimiz üçün əlçatanlıq, narahat edici məqamların, problemlərin qısa müddətdə həll olunması bizim üçün əsas məsələlər sırasında yer alır. Onlar hər hansı problem, stiuasiya ilə qarşılaşdığı vaxt mövcud narahatlığın asanlıqla aradan qaldırılmasını arzu edirlər.
Buna görə də, baş verə bilən neqativ hallar, eləcə də dənizçiləri narahat edən digər məsələlərin operativ şəkildə araşdırılıb həll olunması məqsədi ilə azərbaycanlı dənizçilər artıq dünyanın istənilən yerindən günündən və saatından olmayaraq 24 saat fəaliyyət göstərəcək növbəti yeni platforma olan Dənizçilərə Könüllü Dəstək Qaynar xəttinə müraciət edərək istər sığorta, hüquqi, zorakılıq, sağlamlıq, xaricdə çalışdığı şirkətdə yaranan hər hansı bir problem, işə düzəlmə ilə bağlı yaranan suallar və müraciətlər də daxil olmaqla bunun kimi bir çox məsələlərin həllini qısa müddətdə tapa biləcəklər. qaynar xəttimizə daxil olan bütün müraciətlər qeydə alınacaq və şirkət əməkdaşları tərəfindən tam obyektiv şəkildə araşdırılaraq lazımi dəstək görüləcək.